arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
247
.
18
.
ər-Kəhf
(Mağara) surəsi
(Məkkədə nazil olmuşdur, 110 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Həmd olsun O Allaha ki, Kitabı (Qur’anı mə’nasında və sözlərində) heç bir əyriliyə
(yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi!
2. (Allah kafirləri) Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər
edən mö’minlərə isə gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün
onu doğru-düzgün (qiyamətə qədər bütün bəşəriyyətə haqq yolu göstərən bir nur)
olaraq endirdi.
3. Onlar orada (Cənnətdə) əbədi qalacaqlar!
4. O, həm də (Qur’anı): "Allah Özünə övlad götürdü!" - deyənləri qorxutmaq üçün nazil
etdi.
5. Bu barədə nə onların özlərinin, nə də (təqlid etdikləri) atalarının heç bir biliyi yoxdur.
Onlar çox böyük-böyük danışırlar. (Ağızlarından çıxan söz necə də böyük küfrdür).
Onlar ancaq yalan deyirlər!
6. (Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qur’ana inanmasalar, (səndən üz döndərib
getdiklərinə görə) arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!
7. Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət
yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.
Bizim email:
Dostları ilə paylaş: |