Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə220/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   216   217   218   219   220   221   222   223   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

230 



86. Müşriklər (Allaha qoşduqları) şəriklərini (bütləri, tanrıları) gördükdə: "Ey Rəbbimiz! 

Bunlar bizim Səndən savayı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz 

şəriklərimizdir!" - deyəcəklər. (Bütlər də) onlara: "Siz əsl yalançısınız! (Biz sizi Allahı 

tərk edib bizə tapınmağa də’vət etməmişdik!)" - deyə cavab verəcəklər.  

87. (Müşriklər) o gün (günahlarını e’tiraf edərək) Allaha təslim olacaq, özlərindən 

uydurub düzəltdikləri (bütlər) də aradan çıxacaqlar!  

88. Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən kafirlərin 

əzablarının üstünə bir əzab da artıracağıq!  

89. Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini) 

göndərəcəyik (tutacağıq). (Ya Rəsulum!) Səni də bunlara (öz ümmətinə) şahid 

gətirəcəyik. Biz Qur’anı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) 

izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün 

insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!  

90. Həqiqətən, Allah (Qur’anda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara 

(haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) 

buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə 

düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!  

91. Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüzə zamin 

edib möhkəm and içdikdən sonra onu pozmayın. Həqiqətən, Allah nə etdiyinizi bilir!  

92. Möhkəm əyirdiyi ipliyi sonradan qıran (təzədən açıb sökən) qadın kimi olmayın. Siz 

bir ümmət digərindən (sayca) çox olduğu üçün aranızdakı andları yalana çevirirsiniz 

(fitnə-fəsad aləti edirsiniz). (Bu gün bir qəbilə ilə müqavilə bağlayır, sabah daha 

qüvvətli, daha varlı bir qəbilə ilə rastlaşdıqda əvvəlki ilə bağladığınız müqaviləni 

pozub onunla sazişə girisiniz). Allah bununla yalnız sizi sınayır. O, qiyamət günü 

ixtilafda olduğunuz (dini) məsələləri sizə izah edəcəkdir!  

93. Əgər Allah istəsəydi, sizi (eynilə dində olan) tək bir ümmət edərdi. (Allah) dilədiyini 

zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər. Sözsüz ki, etdiyiniz əməllərə görə 

sorğu-sual olunacaqsınız!  

94. Aralarınızdakı andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız 

möhkəm olduğu ikən sürüşər (imana gəldikdən sonra ondan xaric olarsınız) və 

(insanları) Allah yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız. (Hələ 

axirətdə də) sizi dəhşətli bir əzab gözləyir! (Peyğəmbərlə əhd bağladıqdan sonra 





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin