Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
224
28. Mələklər (küfr etməklə, Allaha şərik qoşmaqla) özlərinə zülm edənlərin canlarını
aldıqda onlar (ölüm qorxusundan Allahın əmrinə) təslim olub: "Biz heç bir pislik
etmirdik!" - deyəcək (mələklər də onlara belə cavab verəcəklər): "Xeyr, (elə deyildir)
Allah sizin nələr etdiyinizi çox yaxşı bilir!
29. Haydı, girin əbədi qalacağınız Cəhənnəmin qapılarına (təbəqələrinə).
Təkəbbürlülərin (Allaha iman gətirməyi özlərinə ar bilənlərin) məskəni necə də pisdir!"
30. Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: "Rəbbiniz (öz peyğəmbərinə) nə
nazil etmişdir? - deyə soruşduqda isə onlar: "Xeyir (nazil etmişdir)" - deyə cavab
verərlər. Bu dünyada yaxşılıq edənləri (gözəl həyat) gözləyir. Axirət yurdu (Cənnət) isə,
sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!
31. Onlar (ağacları) altında çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların
istədiləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır!
32. O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: "Sizə salam olsun!
Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!" - deyərlər.
33. O kafirlər (canlarını almaq üçün) yalnız mələklərin onların yanına gəlməsini, yaxud
sənin Rəbbinin (əzab) əmrinin gəlib çatmasınımı gözləyirlər? Onlardan əvvəlkilər də
belə etmişdilər. Allah onlara zülm etmədi. Onlar özləri özlərinə zülm edirdilər.
34. Onlara öz əməllərinin cəzası (pisliklər) artıq yetişdi. İstehza etdikləri (əzab da) onları
yaxaladı.
35. Müşriklər (nadanlıqları üzündən və ya istehza məqsədilə) dedilər: "Əgər Allah
istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa heç bir şeyə tapınmaz, Onsuz (Allahın
razılığı, hökmü olmadan) heç bir şeyi haram etməzdik". Onlardan əvvəlkilər də belə
etmişdilər. Peyğəmbərlərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir. (Peyğəmbərlər
heç kəsi zorla bir işə vadar etməz. Onların borcu ancaq Allahın hökmlərini insanlara
təbliğ etmək, insanların borcu isə Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən
ayırmaq, yaxşı işlər görüb savab qazanmaqdır).
36. Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin! - deyə peyğəmbər
göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın
əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün
ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!
|