Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə198/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   194   195   196   197   198   199   200   201   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

208 



sizə dəhşətli əzab verir, oğullarınızı öldürüb, qadınlarınızı (özlərinə xidmət etmək 

üçün) diri saxlayırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir imtahan 

vardır!  

7. (Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: "Əgər (Mənə) 

şükür etsəniz, sizə (olan ne’mətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, 

(unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!"  

8. Musa dedi: "Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla 

Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah (heç kimə, heç nəyə) möhtac 

deyildir. (O, bütün məxluqatı yaratdığına görə onsuz da öz-özlüyündə hər cür) tə’rifə 

(şükrə) layiqdir!"  

9. Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, 

(saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib 

çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələrlə gəlmişdilər. Onlar əllərini 

(heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün 

peyğəmbərlərin) ağızlarına qoyub: "Biz sizinlə göndərilənlərə (mö’cüzələrə və 

peyğəmbərliyinizə) inanmırıq və bizi də’vət etdiyiniz (din) barəsində də möhkəm bir 

şəkk-şübhə içindəyik!" - demişdilər.  

10. Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: "Məgər göyləri və yeri yaradan 

Allaha da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir 

vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə 

öldürmək) üçün imana də’vət edir". Onlar demişdilər: "Siz də bizim kimi adi bir 

insansınız. Bizi atalarımızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyirsiniz. 

(Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə 

batil olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!"  

11. Peyğəmbərləri onlara cavab verərək demişdilər: "(Bəli) biz də sizin kimi adi bir 

insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə ne’mət (peyğəmbərlik) bəxş edər. 

Allahın izni olmadan biz sizə heç bir dəlil (mö’cüzə) gətirə bilmərik (buna qüdrətimiz 

çatmaz). Mö’minlər yalnız Allaha təvəkkül etsinlər!  

12. Allah bizə yollarımızı (iman, nicat, səadət yollarını) göstərdiyi halda, biz nə üçün 

Ona təvəkkül etməməliyik? (Sizi Allahın haqq yoluna də’vət etdiyimizə görə) bizə 

verdiyiniz bütün əziyyətlərə, əlbəttə, dözəcəyik. Təvəkkül edənlər də yalnız Allaha 

təvəkkül etsinlər!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin