Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə194/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   190   191   192   193   194   195   196   197   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

203 



olunmaz). Onları çox pis (çətin) bir haqq-hesab gözləyir (heç bir günahları 

bağışlanmaz). Onların məskəni Cəhənnəmdir. O necə də pis yerdir!  

19. (Ya Rəsulum!) Rəbbindən sənə nazil edilənin (Qur’anın) haqq olduğunu bilən kimsə 

(haqqı görməyən) korla eyni ola bilərmi? Yalnız ağıl sahibləri öyüd-nəsihət qəbul 

edərlər!  

20. O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri və’di yerinə 

yetirir və əhdi pozmurlar.  

21. O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq 

əlaqələrini qoruyub saxlayır, mö’minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü 

çəkiləcək) pis haqq-hesabdan qorxurlar.  

22. Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr 

edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, 

ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar 

(pisliyin əvəzində yaxşılıq edirlər) - məhz onları (gözəl) axirət yurdu -  

23. Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn 

cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub 

(onlara):  

24. "(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! 

Axirət yurdu (Cənnət) nə gözəldir!" - deyəcəklər.  

25. Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi 

şeyləri (qohumluq əlaqələrini) qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lə’nətə 

düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir.  

26. Allah istədiyi bəndənin ruzisi bol da edər, azaldar da. (Məkkəlilər) dünya həyatı 

(bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (ne’məti) axirət həyatı (ne’məti) ilə 

müqayisədə çox cüz’i (əhəmiyyətsiz) bir şeydir (dünya ne’məti müvəqqəti, axirət 

ne’məti isə əbədidir).  

27. Kafir olanlar: "Məgər Rəbbindən ona bir mö’cüzə endirilməli deyildimi?" - deyirlər. 

(Ya Rəsulum!) De: "Allah istədiyini (haqq yoldan) sapdırır. Tövbə edən (Allahın itaətinə 

qayıdan) şəxsi isə Öz hidayətinə (Özünün doğru yolu olan islam dininə) qovuşdurur".  

28. O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. 

Bilin ki, qəlblər (mö’minlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin