Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə200/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   196   197   198   199   200   201   202   203   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

210 



Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir 

qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də 

mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, 

nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da 

inkar etmişdim (qə’bul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!  

23. İman gətirib yaxşı işlər görənlər isə (ağacları) altından çaylar axan cənnətlərə daxil 

ediləcəklər. Onlar Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada bir-birinə 

(yaxud Allahın, mələklərin onlara) günaydınlıq verməsi: "Salam!" (demək) olacaqdır!  

24. Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, 

Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir 

ağac (xurma ağacı) kimidir.  

25. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah 

insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, 

budaqları göydə olduğu kimi, mö’minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə 

- Allah dərgahına yüksəlib ona daim savab qazandırır).  

26. Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir.  

27. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-

şəhadətlə) sabitqədəm edər. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istədiyini 

edər!  

28. (Ya Rəsulum!) Məgər Allahın ne’mətini küfrə dəyişənləri (Allaha nankor olan 

Qüreyş kafirlərini) və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi?  

29. Onlar Cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!  

30. Onlar (xalqı) Allah yolundan döndərmək üçün Ona (özlərindən uydurub cürbəcür) 

şəriklər qoşdular. (Ya Rəsulum! Onlara) belə de: "Hələ ki, (dünyada bir qədər) əylənib 

keg çəkin. Axırda məskəniniz atəş (Cəhənnəm) olacaqdır!"  

31. İman gətirən bəndələrimə de: "(Vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar, heç bir 

alış-verişin və dostluğun mümkün olmayacağı (günahların bağışlanması üçün heç 

kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi) gün (qiyamət 

günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən (kasıblara, ehtiyacı olanlara) gizli və 

aşkar xərcləsinlər.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin