Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
228
olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk
edənlər üçün bir ibrət vardır!
70. Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz
ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi
unudar. (İnsan qocalığın ən düşgün dövründə bildiyini unudar, xasiyyətini dəyişib
uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Qur’an oxuyan, oruc tutub namaz
qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun
ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həqiqətən, Allah
(hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
71. Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar (varlılar)
tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən
bərabər olsunlar. (Və ya onlar hamısı ruziyə şərik olduqları halda, varlılar öz ruzilərini
tabeçiliyində olanlara verməzlər. Var-dövlət sahibləri öz ruzilərini onlara tabe olanlarla
bərabər bölməyi, onları mallarına şərik etməyi özlərinə rəva bilmədikləri halda, hər
şeyin xaliqi olan Allaha cansız bütləri və digər tanrıları şərik qoşmağı necə rəva
görürlər?) İndi onlar Allahın ne’mətlərini inkarmı edirlər?
72. Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr
yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal)
ne’mətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın
ne’mətini inkarmı edirlər?
73. (Müşriklər) Allahı qoyub göylərdən və yerdən onlara verəcək heç bir ruzisi olmayan
və buna gücləri də çatmayanlara (bütlərə) ibadət edirlər.
74. (Allah qoşduğunuz şərikləri, Onun yaratdıqlarını) Allaha bənzətməyin. Allah (heç
bir şəriki olmadığını, heç bir məxluqun Ona bənzəmədiyini) bilir, siz isə (bu həqiqəti)
bilmirsiniz!
75. Allah belə bir məsəl çəkdi: "Heç bir şeyə gücü çatmayan və başqasının malı olan bir
qul özünə verdiyimiz gözəl ruzidən (Allah yolunda) gizli və aşkar sərf edən birisi ilə
(azad bir insanla) eyni ola bilərmi?! Həmd (hər cür tə’rif və şükür) yalnız Allaha
məxsusdur, lakin (müşriklərin) əksəriyyəti (bunu) bilməz!
76. Allah iki nəfər (Özü ilə bütlər) barəsində yenə belə bir məsəl buyurdu: (bu iki
nəfərin) biri dilsizdir (laldır), heç bir şeyə gücü çatmaz. O öz ağasına bir yükdür, onu
hara yollasa, xeyirlə qayıtmaz. O heç doğru yolda olub haqq-ədaləti əmr edən (insanları
ədalətli işlər görməyə sövq edən) bir kimsə kimi ola bilərmi?!
|