Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
284
28. (Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini)
bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və
Onun heybətindən qorxarlar.
29. (Mələklərdən) heç kəs: "Mən Ondan başqa bir tanrıyam!" - desə, onu Cəhənnəmlə
cəzalandırarıq. Biz zalımlara belə cəza veririk.
30. Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını
sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Göylər ilk yaradılışda
bir-birinə bitişik bir təbəqə olduğu halda, onların arası hava ilə açılıb yeddi təbəqəyə
ayrılmış, yer də bir təbəqə ikən sonra yeddi təbəqəyə bölünmüşdür. Bu, Allahın
qüdrətini, əzəmətini sübut edən ən tutarlı dəlillərdəndir).
31. Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar
yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ
gətirdik.
32. Göyü (yerdən ötrü və onun üstünə düşməsin deyə) qorunub saxlanılan bir tavan
etdik. Halbuki (kafirlər) ayələrimizdən (vəhdaniyyətimizi, qüdrətimizi sübut edən bu
dəlillərdən) üz döndərdilər.
33. Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin
ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində
hərəkət edir).
34. (Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyat (ölməzlik)
vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!
35. Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür
edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə
(xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik.
Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza
qaytarılacaqsınız!
36. (Ya Rəsulum!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-
birinə): "Sizin tanrılarınıza tə’nə edən bumudur?" - deyərlər. Halbuki onlar, məhz onlar
Rəhmanın öyüd-nəsihətini (Qur’anı) inkar edirlər.
37. İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti e’tibarilə hövsələsizdir,
tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). Ayələrimi
|