Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
292
.
22
.
əl-Həcc
(Həcc) surəsi
(Mədinədə nazil olmuşdur, 78 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin,
yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi
dəhşətli şeydir!
2. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir
hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş
görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!
3. Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz "Rəbbimiz mələklərdən Özünə
övlad götürmüşdür" - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan
insanlar da vardır.
4. (Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla
(Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər.
5. Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı
yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən),
sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında
doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki,
(qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən,
doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra
yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu
|