Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə278/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   274   275   276   277   278   279   280   281   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

288 



73. Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz 

onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız 

Bizə ibadət edirdilər.  

74. Biz Luta da bir hökm (hikmət, peyğəmbərlik; çətin məsələləri həll edib hökm 

çıxartmaq) və elm verdik, onu (əhalisi) çirkin işlər görən bir məmləkətdən (çıxardıb) 

xilas etdik. Həqiqətən, onlar pis, fasiq (Allaha asi olan, pozğun) bir tayfa idilər.  

75. Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi.  

76. (Ya Rəsulum!) Nuhu da (yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar 

olması haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, 

ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq!  

77. Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, 

həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını (suya) qərq etdik.  

78. (Ya Rəsulum!) Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın 

qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də 

onların hökmünə şahid idik.  

79. Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə 

hökm (hikmət, peyğəmbərlik) və elm (şəriəti dərindən bilmək) verdik. Biz dağları və 

quşları Davudla birlikdə (Allahı) təqdis edib tə’rifləsinlər deyə ona ram etdik. Bunları 

(sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik.  

80. Biz (Davuda) sizi (düşmənlə) vuruşda qorumaq üçün zireh (toxumaq) sənətini 

öyrətdik. (Ey Məkkə əhli! Rəbbinizin bu ne’mətinə) artıq şükür edərmisiniz?  

81. Əmrilə bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən küləyi də Süleymana Biz 

ram etdik. Biz hər şeyi bilənik!  

82. Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri (ev tikənləri, mehrab 

düzəldənləri) də onun ixtiyarına verdik. Biz (Süleymanın əmrindən çıxmasınlar, 

gördükləri işləri təzədən korlamasınlar, fitnə-fəsad törətməsinlər deyə) onların üstündə 

göz olurduq.  

83. (Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə 

demişdi: "Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!"  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin