Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
291
105. Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət
torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil
olacağını yazmışdıq.
106. Həqiqətən, bunda da (Qur’anda da Allaha) ibadət edən bir ümmətdən ötrü (kifayət
qədər) moizə (öyüd-nəsihət) vardır.
107. Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət
olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər
göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və
cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş,
hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər tə’xirə salınmışdır. Mö’minlər isə
sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi
səadətə nail olacaqlar).
108. (Müşriklərə) de ki, mənə, həqiqətən, belə vəhy olunur: "Sizin tanrınız ancaq bir
olan Allahdır. Bundan sonra (Ona) itaət etməyə (müsəlman olmağa) boyun
qoyacaqsınızmı?"
109. (Ya Rəsulum!) Əgər onlar (imandan) üz döndərsələr, de: "(Mənə vəhy olunanı) sizə
olduğu kimi (hamıya eyni dərəcədə) bildirdim. Sizə və’d olunan şeyin (qiyamət
gününün və ya mö’minlərin qələbəsinin) yaxınmı, uzaqmı olduğunu bilmirəm.
110. Şübhəsiz ki, (Allah) aşkar (ucadan) deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir!
111. Mən bilmirəm, bəlkə də, (cəzanızın) tə’xirə salınması sizi imtahana çəkmək və bir
müddət (əcəliniz çatana qədər) sizə gün-güzəran vermək üçündür".
112. (Peyğəmbər) dedi: "Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri
arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə)
qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!"
|