Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə289/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   285   286   287   288   289   290   291   292   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

299 



62. Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütlər, 

tanrılar) isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, böyükdür! (Allahın allahlığı 

öz-özlüyündə mövcud olduğu üçün O haqq, bütlərin tanrılığı öz-özlüyündə mövcud 

olmadığı üçün onlar batildir. Buna görə də yalnız Allaha ibadət edilməlidir!)  

63. (Ya Rəsulum!) Məgər Allahın göydən yağmur endirdiyini və yer üzünün (onunla) 

yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah (gözlənilməyən yerdən ruzi 

yetirməklə bəndələrinə) lütfkardır, (onların hər işindən) xəbərdardır.  

64. Göylərdə və yerdə nə varsa, Hamısı Onundur (Onun qüdrətindən yaranmış 

əsərdir). Həqiqətən, Allah ehtiyacsızdır, (hər çür) şükürə, tə’rifə layiqdir! (Hər işi 

bəyəniləndir!)  

65. (Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən 

gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub 

saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!  

66. Sizi (əzəl başdan) dirildən, sonra (əcəliniz çatanda) öldürəcək, daha sonra (qiyamət 

günü) yenə dirildəcək məhz Odur.  

67. Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. 

Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar barəsində) səninlə 

mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun 

hökmlərini yerinə yetirməyə) də’vət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən).  

68. (Ya Rəsulum!) Əgər (müşriklər öz kəsdiyiniz qurbanların ətindən yediyiniz halda, 

bəs Allahın öldürdüyü, yə’ni öz əcəli ilə ölmüş heyvanların ətini niyə yemirsiniz deyə) 

səninlə mübahisə etsələr, (onlara) belə cavab ver: "Allah sizin nə etdiyinizi daha yaxşı 

bilir!  

69. İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda öz hökmünü 

verəcəkdir!"  

70. (Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? 

Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları 

bilmək) Allah üçün asandır!  

71. (Müşriklər) Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət edilməsi 

haqda) heç bir dəlil nazil etməmişdir. Və (müşriklərin) ona dair heç bir biliyi də (dəlili-

sübutu da) yoxdur. Zalımlara (müşriklərə) heç bir yardım edən olmaz!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin