Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə297/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   293   294   295   296   297   298   299   300   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

307 



72. Yoxsa (Ya Rəsulum!) sən onlardan (öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) 

bir muzd (ücrət) istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi, axirətdə verəcəyi 

mükafat) daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır!  

73. Əslində sən onları doğru yola (islam dininə) də’vət edirsən!  

74. Axirətə inanmayanlar isə doğru yoldan sapanlardır!  

75. Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın 

vəziyyətdə yenə də azğınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq, 

qıtlıq üz vermişdi. Məkkə müşrikləri Peyğəmbərin yanına gedib bu bəladan 

qurtarmaları üçün Allaha dua etməyi xahiş etmişdilər. Peyğəmbərin duasından sonra 

Məkkədə bolluq olmuş, camaatın güzəranı tamamilə yaxşılaşmışdı. Bunun müqabilində 

Peyğəmbərə iman gətirmək əvəzinə, müşriklər ona verdikləri əzab-əziyyəti daha da 

gücləndirmişdilər).  

76. Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, 

(Ona) yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər).  

77. Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız (Bədr vuruşunun müsibətinə 

düçar etdiyimiz) zaman dərhal ümidsizliyə qapıldılar (dilləri-ağızları quruyub, mat-

məəttəl qaldılar).  

78. Sizə qulaq, göz və ürək verən Odur. Siz (Allahın ne’mətlərinə) çox az şükür 

edirsiniz.  

79. Sizləri yer üzündə yaradıb törədən (yer üzünə yayıb səpələyən) Odur. Siz (qiyamət 

günü) Onun hüzuruna cəm ediləcəksiniz.  

80. Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi 

də Onun əmrilədir. Məgər (Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun layiq 

olduğunu) dərk etmirsiniz?  

81. Xeyr, onlar da əvvəlkilərin (keçmiş ümmətlərin) dedikləri kimi dedilər.  

82. (Keçmiş ümmətlər) belə demişdilər: "Məgər biz ölüb torpaq və sür-sümük olduqdan 

sonra bir də dirildiləcəyik?"  

83. Həqiqətən, bizə də, atalarımıza da öncə bu (dirilmə) və’d olunmuşdu. Bu, 

qədimlərin (keçmiş ümmətlərin) əfsanələrindən (uydurmalarından) başqa bir şey 

deyildir.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   293   294   295   296   297   298   299   300   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin