Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
310
108. (Allah) buyurar: "Orada zəlil (mə’yus) vəziyyətdə durub qalın və Mənə heç bir şey
deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)"
109. Çünki bəndələrimdən bir zümrə (mö’minlər) var idi ki, onlar: "Ey Rəbbimiz! Biz
(Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!"
- deyirdilər.
110. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər
qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara
gülürdünüz.
111. Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat
tapanlardır (uğura yetənlərdir)!"
112. (Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?"
113. Onlar: "Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini
sayan mələklərdən) soruş!" - deyə cavab verəcəklər.
114. Allah buyuracaq: "Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya
həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır).
115. Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün)
hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?"
116. Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur.
O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti,
peyğəmbərlərə gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir).
117. Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir
dəlili yoxdur - (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər
nicat tapmazlar!
118. (Ya Rəsulum!) De: "Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin
günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm
edənlərin ən yaxşısısan!
|