Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
312
7. Beşinci dəfə: "Əgər yalan danışanlardandırsa, Allah ona lə’nət eləsin!" (deməlidir).
8. Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd
dəfə Allahı şahid tutması əzabı ondan dəf edər.
9. Beşinci dəfə: "Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lə’nət
(qəzəb) eləsin!" (deməlidir).
10. Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən,
hikmət sahibi olmasaydı (halınız necə olardı)? (O, günahkarların cəzasını dərhal verib
onları rüsvay edərdi).
11. Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir
(münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün
xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan
günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox
böyük (şiddətli) bir əzab gözləyir!
12. Məgər o yalan sözü eşitdiyiniz zaman mö’min kişilər və qadınlar öz ürəklərində
(özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı
fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi?
13. (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd
şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl
yalançıdırlar!
14. Əgər Allahın dünyada və axirətdə sizə ne’məti və mərhəməti olmasaydı, o yalan
sözünüzə görə sizə şiddətli bir əzab toxunardı.
15. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü
ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki
bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük
günahdır!
16. Məgər siz onu eşitdiyiniz zaman: "Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman
(Allah)! Bu, çox böyük bir böhtandır!" - deməli deyildinizmi?
17. Allah sizə öyüd-nəsihət verir ki, əgər mö’minsinizsə, bir daha belə şeylər
etməyəsiniz.
|