Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
314
27. Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə
almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün
daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız (və həmişə
yadda saxlayıb ona əməl edəsiniz).
28. Əgər orada heç kəsi tapmasanız, sizə icazə verilməyənədək içəri girməyin. Sizə "ün!"
- deyilsə, ün. Bu, Allahın yanında sizin üçün daha təmiz bir davranışdır. Allah nə
etdiklərinizi biləndir!
29. İçərisində əşyanız olan (karvansara, mehmanxana, ümumi istifadə yerləri kimi)
qeyri-məskun evlərə (icazəsiz) daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkar
etdiklərinizi də, gizli saxladıqlarınızı da (aşkarda da, gizlində də nə etdiyinizi) bilir!
30. (Ya Rəsulum!) Mö’min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər
(naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü
saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz
ki, Allah onların nə etdiklərindən xəbərdardır!
31. Mö’min qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər
(naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü
saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri
olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini
yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini
ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud
öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud
qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman)
qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış
(onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ
anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini
(xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey
mö’minlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)
32. (Ey mö’minlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud
evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz
lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!
33. Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə
onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar.
Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən
müəyyən məbləğ pul qazanıb ağasına vemək şərtilə köləlikdən azad olmaq) istəyənlərlə
|