Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə307/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   303   304   305   306   307   308   309   310   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

317 



48. (Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və 

Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa 

boyun qoymaqdan) dərhal üz çevirər.  

49. Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər.  

50. Onların qəlblərində mərəzmi (şəkk, nifaq mərəzimi) var? Yaxud Allahın və 

Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri 

zülmkardırlar! (Allaha asi olmaqla özləri-özlərinə zülm edirlər!)  

51. Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına 

çağırıldıqları zaman mö’minlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən 

ibarətdir. Nicat tapanlar da məhz onlardır!  

52. Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz 

belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).  

53. (Ya Rəsulum, münafiqlər) onlara əmr etdiyin zaman mütləq (cihada) çıxacaqları 

haqda Allaha çox möhkəm and içdilər. Onlara de: "(Yalandan) and içməyin, itaətiniz 

mə’lumdur (yaxud sizdən tələb olunan and yox, adicə itaətdir). Həqiqətən, Allah nə 

etdiklərinizdən xəbərdardır!"  

54. De: "Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə 

Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun 

vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə 

yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə 

düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir.  

55. Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç 

nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri 

edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da 

müşriklərin yerinə gətirəcəyini), onlar (mö’minlər) üçün onların Allahın Özü bəyəndiyi 

dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra 

əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini və’d buyurmuşdur. Bundan sonra küfr 

edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!  

56. Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!  

57. (Allahın vəhdaniyyətini inkar edən) kafirlərin yer üzündə (öz Rəbbini) aciz edə 

biləcəyini (Allahın əzabından qaçıb canlarını qurtara biləcəklərini) güman etməyin. 

Onların məskəni Cəhənnəmdir. O, necə də pis sığınacaqdır!  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin