Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
315
- əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət)
görürsünüzsə - mükatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan
onlara o qədər verin ki, özlərini satın alıb azad edə bilsinlər). Əgər cariyələriniz
ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları
zinaya məcbur etməyin. Kim onları (cariyələri zinakarlığa) məcbur edərsə, (bilsin ki)
onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah (zinakarlığa vadar olanları)
bağışlayar, rəhm edər. (Zinakarlığa vadar edilən cariyələrin günahı onlar bu işlə öz
xoşuna deyil, zor gücünə məşğul olduqları üçün həmin cariyələrin özlərinə deyil, onları
pul qazanmaq məqsədilə zinakarlığa sövq edən ağalarının boynuna düşər).
34. Həqiqətən, Biz (Qur’anda) sizə (haqqı nahaqdan ayırd edən) açıq-aşkar ayələr,
sizdən əvvəl gəlib-gedənlər (keçmiş ümmətlər) barəsində məsəllər (hekayətlər) və
müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
35. Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə
haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və mö’minlərin qəlbində olan)
nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin
içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə
(aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki,
günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun
(zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur
üstündə nurdur. Allah dilədiyiniz öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş
edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə)
insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!
36. (Həmin taxça və çıraq) Allahın tikilib ucaldılmasına və Öz adının zikr edilməsinə
izin verdiyi o evlərdədir (o məscidlərdədir) ki, orada səhər-axşam Onu təqdis edib
şə’ninə tə’riflər deyərlər.
37. O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və
zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi
(dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət
günüdən) qorxarlar.
38. (Onların vaxtli-vaxtında, lazımınca ibadət etmələri, Allahdan qorxub pislikdən
çəkinmələri ona görədir ki) Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını (yaxud
gördükləri ən yaxşı işlərin əvəzini) versin, onlara olan lütfünü artırsın. Allah dilədiyinə
saysız-hesabsız ruzi verər.
|