Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə306/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   302   303   304   305   306   307   308   309   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

316 



39. (Allahın vəhdaniyyətini danan, Qur’anı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-

bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. 

Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin 

yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah 

tezliklə haqq-hesab çəkəndir.  

40. Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o 

dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) - zülmət üstündən 

zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, 

onun nuru olmaz.  

41. (Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), 

qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şə’ninə tə’riflər 

dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını (yaxud 

onların hər biri öz duasını, şükr-sənasını) bilir. Allah onların nə etdiklərini (layiqincə) 

biləndir!  

42. Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!  

43. Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra 

da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, (o buludların) arasından yağmur 

çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla 

istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin 

parıltısı az qala gözləri kor edər.  

44. Allah gecəni gündüzə (gündüzü də gecəyə) çevirər. Həqiqətən, bunda (gecə və 

gündüzün bir-birinin ardınca gedib-gəlməsində) bəsirət sahibləri üçün bir ibrət vardır.  

45. Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bə’zisi qarnı 

üstə sürünür, bə’zisi iki, bə’zisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. 

Həqiqətən, Allah hər şeyə qadirdir!  

46. Həqiqətən, Biz (hökmlərimizi, halal və haram buyurduqlarımızı, haqq yolu) açıq-

aydın (bildirən) ayələr nazil etdik. Allah dilədiyini doğru yola (islam dininə) yönəldər.  

47. (Münafiqlər: ) "Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!" - deyər, bundan 

sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mö’min (dilləri ilə 

ürəkləri bir olan müsəlman) deyillər.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin