Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
313
18. Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi)
biləndir, hikmət sahibidir!
19. Mö’minlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz
yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini,
yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz
bilməzsiniz!
20. Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, Allah şəfqətli, rəhmli olmasaydı
(Halınız necə olardı)? (Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv
edərdi).
21. Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla
getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə
böhtan atmağı) əmr edər. Əgər Allahın sizə ne’məti və mərhəməti olmasaydı, sizdən
heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər.
Allah (hər şeyi) eşidəndir, biləndir!
22. Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah
yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv
edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın
sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm
edəndir!
23. Zinadan xəbəri olmayan namuslu, ismətli mö’min qadınları zinada ittiham edənlər
dünyada və axirətdə lə’nətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab
gözləyir.
24. Qiyamət günü (onlar dünyada qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və
ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
25. O gün Allah onların cəzasını layiqincə verəcək və onlar Allahın (Allahın onlara
verdiyi və’din) açıq-aşkar bir haqq olduğunu biləcəklər!
26. Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də
təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. (Pis sözlər pis
adamlara, pis adamlar pis sözlərə, eləcə də yaxşı sözlər yaxşı adamlara, yaxşı adamlar
da yaxşı sözlərə layiqdirlər). Bunlar (Aişə və Səfvan kimi pak adamlar) onların
(münafiqlərin) dediklərindən (yalan, pis sözlərdən) uzaqdırlar. Onları (günahlardan)
bağışlanma və (Cənnətdə) tükənməz (minnətsiz) ruzi gözləyir!
|