Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə311/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   307   308   309   310   311   312   313   314   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

321 



7. (Müşriklər) dedilər: "Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib dolaşır? 

Məgər ona özü ilə birlikdə (insanları Allahın əzabı ilə) qorxudan (və onun həqiqi 

peyğəmbər olduğunu təsdiq edən) bir mələk göndərilməli deyilmi?  

8. Yaxud ona (ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə göydən) bir xəzinə 

endirməli və ya ondan (onun meyvəsindən) yeyib dolanmaq üçün bir bağı olmalı 

deyildimi?" Zalımlar (müşriklər mö’minlərə) dedilər: "Siz ancaq ovsunlanmış (buna 

görə də ağlını itirmiş) bir adama tabe olursunuz!"  

9. (Ya Rəsulum!) Bir gör sənin barəndə necə məsəllər çəkdilər! (Səni divanəyə 

bənzətdilər, peyğəmbərliyinin həqiqi olduduğunu təsdiq etmək üçün göydən mələk 

endirilməsini tələb etdilər!) Artıq (doğru yoldan) azdılar və bir daha (haqqa) yol tapa 

bilməzlər!  

10. (Ya Rəsulum!) Əgər istəsə, sənə ondan (müşriklərin dediklərindən) daha yaxşısını - 

(ağacları) altından çaylar axan cənnətlər verə bilən, sənin üçün qəsrlər yarada bilən 

Allah nə qədər (uca, nə qədər) uludur!  

11. Lakin onlar (təkcə səni deyil) o saatı da (qiyaməti də) yalan saydılar. Biz də o saatı 

(qiyaməti) yalan hesab edənlər üçün (Cəhənnəmdə) şiddətli bir atəş hazırladıq.  

12. O (atəş) onları uzaqdan görüncə (kafirlər) onun qəzəblə qaynamasını və uğultusunu 

eşidərlər.  

13. Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman 

(Dünyada Allaha asi olduqlarına görə özlərinə bəd dua edib) ölüm diləyərlər.  

14. (Onlara istehza ilə deyilər: ) "Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm 

diləyin!" (Belə bir gündə bir dəfə vaveyla deməkdən, bir dəfə özünə ölüm istəməkdən 

heç nə çıxmaz. Allahın əzabı intəhasız və dəhşətli olduğu üçün dəfələrlə vaveyla deyib, 

dəfələrlə özünüzə ölüm diləməlisiniz!)  

15. (Ya Rəsulum!) Onlara de: "Bu (cəhənnəm odu) yaxşıdır, yoxsa Allahdan qorxub pis 

əməllərdən çəkinənlərə bir mükafat və sığınacaq olaraq və’d edilən Xüld cənnəti?"  

16. Onlar üçün orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, 

(bəndələr tərəfindən) sənin Rəbbindən (yerinə yetirilməsi) istənilən bir və’ddir. 

(Bəndələr öz yaxşı əməlləri müqabilində Allahın onlara Cənnət qismət etməsini diləmiş, 

Allah da onlara bu barədə verdiyi və’di yerinə yetirmişdir).  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin