Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
322
17. (Allah müşrikləri) və onların Allahdan qeyri ibadət etdiklərini (bütləri) məhşərə
toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır: "Mənim bu bəndələrimi (haqq
yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?"
18. (Bütlər) deyəcəklər: "Sən paksan, müqəddəssən! Səni qoyub (özümüzə) başqa
dostlar (hamilər) qəbul etmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər
ne’mət verdin ki, hətta (Sənin öyüd-nəsihətini, Qur’anı) xatırlamağı belə unutdular və
(buna görə də) məhvə məhkum edilmiş bir tayfa oldular!"
19. (Allah buyuracaqdır: ) "(Ey müşriklər, sizin tanrılarınız) dediklərinizi təkzib etdilər.
Artıq nə əzabı (özünüzdən) sovuşdurar, nə də (özünüzə) bir kömək edə bilərsiniz.
Sizdən zülm edənlərə (Allaha şərik qoşanlara) şiddətli bir əzab daddıracağıq".
20. (Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək
yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə
sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi
kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbirli, daha
dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-
olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanları)
görəndir!
21. Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün
hüzurumuzda duracaqlarında qorxmayanlar): "Bizə (Muhəmmədin həqiqi peyğəmbər
olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-
danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!" - dedilər. Həqiqətən, onlar özləri
barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə
cür’ət etməklə) azğınlaşıb həddi çox aşdılar.
22. Mələkləri görəcəkləri gün - həmin gün günahkarlara (Cənnətlə) heç bir müjdə
olmaz. (Mələklər onlara: ) "(Sizə şad xəbər eşitmək) haramdır!" - deyərlər.
23. Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havadan uçan) dağınıq
zərrələrə (toz dənələrinə) döndərərik! (Onların qohum-əqrabaya, yoxsullara
göstərdikləri köməyin, qonağa, qəribə etdikləri hörmətin və dünyada gördükləri digər
yaxşı işlərin zərrə qədər qiyməti olmaz!)
24. O gün cənnət əhlinin qalacağı yer daha yaxşı, istirahət edəcəyi yer daha gözəl
olacaqdır!
25. Göyün (yeddi qat səmanın yuxarısından enən ağ) buludla parçalanacağı, mələklərin
bölük-bölük (yerə) endirələcəyi gün -
|