Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
330
23. Fir’on dedi: "Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)"
24. (Musa: ) "Əgər yəqin inanacaqsınızsa, (bilin ki) O, göylərin, yerin və onlar arasında
olanların (bütün məxluqatın) Rəbbidir!" - deyə cavab verdi.
25. (Fir’on) ətrafındakılara: "Eşitdinizmi?" - dedi. (Musanın cavabı mənim sualıma
uyğun gəlmir. Mən ondan aləmlərin Rəbbinin mahiyyəti, keyfiyyəti və cinsi barəsində
soruşuram, o isə mənə Onun sifətləri, əməlləri haqqında cavab verir).
26. (Musa) dedi: "O sizin də, ulu babalarınızın (keçmiş atalarınızın) da Rəbbidir!"
27. (Fir’on ətrafındakılara: ) "Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!" -
dedi.
28. (Musa) dedi: "Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və
onların ikisinin arasında olanların Rəbbidir!"
29. (Fir’on: ) "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" -
dedi.
30. (Musa) dedi: "Əgər sənə (dediklərimin doğru olduğunu sübut edəcək) açıq-aşkar bir
şey (dəlil) gətirsəm necə?"
31. (Fir’on) "Əgər doğru deyirsənsə, di onu gətir!" - dedi.
32. (Musa) əsasını (yerə) atan kimi, o dərhal açıq-aşkar bir əjdaha oldu.
33. Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara
ağappaq göründü (parlar bir nur kəsildi).
34. (Fir’on) ətrafındakılara dedi: "Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır!
35. O öz sehri ilə sizi (qorxudub) yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz?
(Nə edək?)"
36. Onlar dedilər: "Onu və qardaşını bir qədər gizlət və şəhərlərə də adamlar (yığanlar)
göndər ki,
37. Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!"
38. Nəhayət, sehrbazlar mə’lum bir günün müəyyən vaxtında (bayram günü günorta
çağı) yığıldılar.
|