arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
328
.
26
.
əş-Şüəra
(Şairlər) surəsi
(Məkkədə nazil olmuşdur, 227 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ta, Sin, Mim!
2. Bunlar (haqqı batildən ayıran, mö’cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir.
3. (Ya Rəsulum! Məkkə müşrikləri) iman gətirməyəcəklər deyə, bəlkə, özünü həlak
edəsən?! (Özünü həlakmı edəcəksən?)
4. Əgər istəsək, göydən onlara bir ayə (dəlil) göndərərik, onlar da ona (səssiz-səmirsiz)
boyun əyib durarlar.
5. Onlara Rəhmandan (rəhmli olan Allahdan) elə bir öyüd-nəsihət (xəbərdarlıq) gəlməz
ki, ondan üz döndərməsinlər.
6. Onlar (Qur’anı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Qur’anın müşriklərə
veriləcək əzab barəsindəki) xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud
Bədr döyüşündə büsbütün mə’yus olacaqlar).
7. Məgər onlar yer üzünə baxıb orada növbənöv gözəl (bitkilər və meyvələr)
yetişdirdiyimizi görmürlərmi?
8. Şübhəsiz ki, bunda (Qur’anı və Peyğəmbəri təkzib edənlər üçün Allahın
vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) bir əlamət vardır. Lakin onların əksəriyyəti
iman gətirməzlər.
Bizim email:
Dostları ilə paylaş: |