Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
336
125. Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!
126. Allahdan qorxun və mənə itaət edin!
127. Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz)
istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
128. Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə
qoyaraq) əylənirsiniz?
129. Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud
qəsrlər) tikirsiniz!
130. Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb
öldürürsünüz!)
131. Artıq Allahdan qorxun və mənə itaət edin!
132. Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (ne’mətləri) sizə əta etdi!
133. Sizə heyvanat, oğul-uşaq,
134. Bağlar və çeşmələr verdi!
135. Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!"
136. Onlar dedilər: "Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir
(dinimizdən dönən deyilik).
137. Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir!
(Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)
138. Və biz əzaba da düçar olmayacağıq!"
139. Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun
bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
140. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən
intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
141. Səmud tayfası da peyğəmbərləri təkzib etdi.
|