Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
338
158. Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu
hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
159. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən
intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
160. Lut tayfası da peyğəmbərləri təkzib etdi.
161. O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri
yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?
162. Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!
(Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
163. Artıq Allahdan qorxun və mənə itaət edin!
164. Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir
muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
165. Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz?
166. Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə)
həddi aşan bir camaatsınız!"
167. Onlar dedilər: "Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz
yurdundan) mütləq qovulacaqsan!"
168. (Lut) dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!
169. Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin
cəzasından) qurtar!"
170. Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik.
171. Ancaq geridə qalan bir qadın (Lutun günahkar övrəti) istisna olmaqla!
172. Sonra da o biriləri məhv edib kökünü kəsdik.
173. Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbər tərəfindən
Allahın əzabı ilə) qorxudulanların yağışı nə yaman yağışdır!
|