Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə327/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   323   324   325   326   327   328   329   330   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

337 



142. O vaxt ki, qardaşları Saleh onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri 

yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?  

143. Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! 

(Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)  

144. Artıq Allahdan qorxun və mənə itaət edin!  

145. Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir 

muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!  

146. Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?  

147. Bağlar və çeşmələr içində,  

148. Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür 

sürəcəksiniz)?  

149. Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya 

təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?  

150. Artıq Allahdan qorxun və mənə itaət edin!  

151. (Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!  

152. O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl 

çəkib özlərini) islah etməzlər!  

153. Onlar dedilər: "Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan! (Divanənin 

birisən! Sən hardan peyğəmbər oldun?)  

154. Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi 

peyğəmbərsənsə), bizə (Allahdan) bir mö’cüzə gətir!"  

155. (Saleh) dedi: "Bu, (Allahın mö’cüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək 

növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. 

Bir-birinizə mane olmayın!)  

156. Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi 

yaxalayar!"  

157. Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin