Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə335/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   331   332   333   334   335   336   337   338   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

345 



19. (Süleyman qarışqanın) bu sözündən gülümsəyib dedi: "Ey Rəbbim! Mənə mənim 

özümə və ata-anama ehsan buyurduğun ne’mətə şükür etmək, Sənin razı qalacağın 

yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin 

zümrəsinə daxil et!"  

20. Sonra (Süleyman) quşları yoxlayıb dedi: "(Torpaq altında suyun harada olduğunu 

bilən) Hüdhüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur?  

21. And olsun ki, ona şiddətli bir əzab verər, ya da tutub kəsərəm (boğazını üzərəm). 

Yaxud da o (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!"  

22. Bir azdan (Hüdhüd) gəlib dedi: "Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan 

doğru bir xəbər gətirmişəm.  

23. Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara 

lazım olan) hər şey verrilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır.  

24. Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan 

(çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna 

görə də haqq yolunu tapa bilmirlər.  

25. Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxardan, onların gizlində 

və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir).  

26. O böyük ərşin Rəbbi (sahibi) olan Allahdan başqa heç bir tanrı yoxdur!"  

27. (Süleyman Hüdhüdə) dedi: "Baxaq görək doğru deyirsən, yoxsa yalançısan!  

28. Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dur, 

bax gör nə cavab verəcəklər!"  

29. (Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: "Ey 

ə’yanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı).  

30. O məktub Süleymandandır və o "bismillahir-rəhmanır-rəhim"lədir (bismillahla 

başlanır).  

31. (Məzmunu belədir: ) "Mənə qarşı təkəbbür göstərməyin və yanıma müt’i 

(müsəlman) olaraq gəlin! (Mənim də’vətimə saymazlıqla yanaşmayın. Allaha təslim 

olaraq yanıma gəlin)".  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin