arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
353
.
28
.
əl-Qəsəs
(Hekayət) surəsi
(Məkkədə nazil olmuşdur, 88 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ta, Sin, Mim!
2. Bu, (haqqı batildən ayıran, mö’cüzələri, hökmləri) açıq-aydın Kitabın ayələridir!
3. Biz inanan bir tayfa üçün sənə Musanın və Fir’onun hekayətindən (bir qismini)
olduğu kimi söyləyəcəyik.
4. Həqiqətən, Fir’on yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə
bölmüşdü. (Fir’on) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz)
görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O,
həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!
5. Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət
göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fir’onun mülkünə) varislər edək.
6. Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Fir’ona, (vəziri)
Hamana və ordularına onların qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli
ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını) göstərək.
7. Biz Musanın anasına (ilham yolu ilə, yaxud rö’yada): "Onu (Musanı) əmizdir; elə ki
ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından)
Bizim email:
Dostları ilə paylaş: |