Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
349
Allaha) bərabər tutan bir tayfadırlar! (Yaxud onlar qəsdən haqq yoldan yayınan bir
qövmdürlər!)
61. (Bütlər yaxşıdır) yoxsa yeri (sizin üçün) məskən yaradıb ortasında çaylar axıdan,
üzərində (titrəməsin deyə) möhkəm durmuş dağlar bərqərar edən və (şirin və şor suları
bir-birinə qarışmasın deyə) iki dənizin arasında maneə qoyan kimsə?! Məgər Allahla
yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklərin) əksəriyyəti (Allahın vəhdaniyyətini,
Onun nə qədər əzəmətli olduğunu) bilmirlər!
62. (Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi
zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri
edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb
danışırsınız?
63. Yaxud qurunun və suyun (səhranın və dənizin) zülmətlərində sizə doğru yol
göstərən, küləkləri Öz rəhməti (yağışı) önündə bir müjdəçi olaraq göndərən kimsə?!
Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Allah (müşriklərin) Ona şərik
qoşduqlarından (bütlərdən) ucadır!
64. Yaxud (məxluqatı) öncə yaradan (öldükdən) sonra (qiyamət günü) onu yenidən
dirildən, sizə göydən (yağışla), yerdən (növbənöv bitkilərlə, meyvələrlə) ruzi verən
kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?" De: "(Ey müşriklər!) Əgər (Allahın
şərikləri olduğunu) doğru deyirsinizsə, dəlilinizi gətirin!"
65. (Ya Rəsulum!) De: "Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!
Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!
66. Xeyr, onların (müşriklərin) elmi axirəti qavrayıb dərk edə bilməz. Xeyr, onlar
(axirət) barəsində şəkk-şübhə içindədirlər. Xeyr, onlar ona qarşı kordurlar!" (Müşriklər
axirətə inanmadıqları halda, nə üçün onun barəsində sual verirlər?! Məgər onların elmi
belə bir sual verməyə kifayətdirmi?! Və ya müşriklər axirət haqqında yalnız
qəbirlərindən çıxardılıb dirildiləcəkləri zaman biləcəklər ki, bu da onlara heç bir fayda
verməyəcəkdir!)
67. Kafirlər dedilər: "Məgər bizlər və atalarımız torpaq olduqdan sonra (dirildilib
qəbirlərimizdən) çıxardılacağıq?
68. Həqiqətən, bu (dirilmə) bizə və’d olunduğu kimi, öncə atalarımıza da (və’d
olunmuşdu). Bu, qədimlərin əfsanələrindən (yalan sözlərindən) başqa bir şey deyildir!"
|