Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə340/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   336   337   338   339   340   341   342   343   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

350 



69. (Ya Rəsulum!) De: "Yer üzünü gəzib-dolaşın, günahkarların axırının necə olduğuna 

bir baxın!"  

70. (Ya Peyğəmbərim!) Onlardan (kafirlərin təkzib etmələrindən) ötrü kədərlənmə və 

(sənə qarşı) qurduqlarına (hiylələrə) görə də ürəyini qısma!  

71. Onlar: Əgər doğru danışırsınızsa, (deyin görək) bu və’d (bizi qorxutduğunuz əzab 

və’dəsi) nə vaxt yerinə yetəcəkdir?" - deyə soruşarlar.  

72. De: "Tez-tələsik istədiyiniz (əzabın) bir hissəsi, bəlkə də, artıq sizə gəlib çatmaq 

üzərədir!" (Müşriklər onlara və’d olunan əzabın bir hissəsini Ühüd vuruşunda daddılar, 

qalanını isə Cəhənnəmdə dadacaqlar!)  

73. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin insanlara mərhəmətlidir, lakin onların 

əksəriyyəti (Allahın bu mərhəmətinə) şükür etməz.  

74. Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin gizli saxladığı və özlərinin aşkar 

etdikləri hər şeyi (qəlblərin sirlərini və açıq-aşkar əməllərini) bilir.  

75. Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın 

Kitabda (lövhi-məhfuzda) olmasın!  

76. Həqiqətən, bu Qur’an İsrail oğullarına ixtilafda olduqları şeylərin əksəriyyətini 

anladıb xəbər verir.  

77. Və şübhəsiz ki, o mö’minlərə bir hidayət (doğru yolu göstərən rəhbər) və 

mərhəmətdir.  

78. Həqiqətən, sənin Rəbbin onların (dini məsələlərdə ixtilafda olanların) arasında Öz 

hökmünü (ədalətlə) verəcəkdir. O, (hər şeyə) qalib olandır, (hər şeyi) biləndir!  

79. (Ya Rəsulum!) Sən ancaq Allaha təvəkkül et, çünki sən açıq-aydın həqiqi dindəsən 

(haqq yoldasan).  

80. Şübhəsiz ki, sən nə ölülərə (haqqı) başa sala bilər, nə də dönüb gedən karlara 

(haqqa) çağırışı eşitdirə bilərsən!  

81. Sən o korları düşdükləri əyri yoldan düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız 

ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar. (Allaha ürəkdən 

inanıb Ona canla-başla itaət edərlər).  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin