Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
348
istəyən) qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən)
öldürüldüyünü görməmişik (öldürüldüyü yerdə olmamışıq) və biz, həqiqətən, doğru
danışırıq!"
50. Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla)
hiylələrinin cəzasını verdik.
51. (Ya Rəsulum!) Bir gör onların hiylələrinin axırı necə oldu. Biz onların (doqquz
kişinin) özlərini də, tayfalarını da büsbütün yox etdik.
52. Bu, zülmləri üzündən onların bomboş (viran) qalmış evləridir. Həqiqətən, bunda
(qüdrətimizi) anlayıb bilən bir qövm üçün ibrət vardır!
53. İman gətirib (Allaha şərik qoşmaqdan, Ona asi olmaqdan) qorxanları isə xilas etdik!
54. Lutu da (peyğəmbər göndərdik). O zaman (Lut) öz tayfasına demişdi: "Gözünüz
görə-görə çirkin işləmi məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa
düşə-düşə hələ də ona davam edirsiniz!)
55. Siz qadınları qoyub şəhvətlə erkəklərin yanınamı (üstünəmi) gedirsiniz? Həqiqətən,
siz cahil bir tayfasınız!"
56. (Lut) tayfasının cavabı yalnız: "Lutun ailəsini yurdunuzdan qovub çıxardın. Çünki
onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır!" - deməkləri
olmuşdu.
57. Buna görə də Biz onu və ailəsini xilas etdik, yalnız övrətini (əzab içində) qalanlardan
olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində əzəldən
belə hökm verdik).
58. Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbərlər vaxitəsilə
Allahın əzabından) qorxudulanların yağışı nə yaman imiş!
59. (Ya Rəsulum!) De: "Həmd olsun Allaha! Salam olsun (Allahın peyğəmbər) seçdiyi
bəndələrinə! (Ey Məkkə əhli!) Allah yaxşıdır, yoxsa (müşriklərin) Ona şərik qoşduqları
(bütlər)?!
60. (Bütlər yaxşıdır) yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən
kimsə?! Sonra Biz o yağmurla sizin üçün gözəl bağçalar yetişdirdik. (Əgər Allahın
yaratdığı və yerə endirdiyi su olmasaydı) siz (o bağçaların) ağaclarını göyərdə
bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrımı var?! Lakin (müşriklər bütlərini
|