Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
347
sahibidir!" (Allah dünyada qədirbilənə də, nankora da, mö’minə də, kafirə də lazımınca
ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!)
41. (Süleyman) dedi: "(Bəlqəsin) taxtını tanımaz hala salın, görək onu tanıyacaq, ya
yox?!"
42. (Bəlqis) gəldikdə ona: "Taxtın bu cürdürmü?" - deyildi. O da: "Sanki odur!" - deyə
cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi: ) "Bizə
ondan daha öncə (tövhid haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha)
müt’i (müsəlman) olmuşuq!"
43. (Süleyman) ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi.
(Yaxud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu).
Çünki o, kafir bir tayfadan idi.
44. (Bəlqəsin əqlini, zəkasını yoxlamaq məqsədilə) ona belə deyildi: "Saraya daxil ol!"
(Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraxıldığı üçün Bəlqis) sarayı
gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) atəyini qaldırdı
(baldırlarını açdı). O (Süleyman): "Bu (su deyil) büllurdan tikilmiş (şəffaf) bir saraydır!"
- dedi. (Bəlqis) dedi: "Ey Rəbbim! Mən (günəşə sitayiş etməklə) özümə zülm etmişdim.
Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim
oldum!"
45. Biz Səmud tayfasına - Allaha ibadət edin deyə, qardaşları Salehi (peyğəmbər)
göndərdik. (Saleh öz tayfasının yanına gələn kimi) onlar bir-biri ilə çəkişən
(düşmənçilik edən) iki firqəyə (mö’minlərə və kafirlərə) ayrıldılar.
46. (Saleh) dedi: "Ey qövmüm! Siz nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz?
(Tövbədən qabaq əzabı, mərhəmətdən öncə zülmü istəyirsiniz?) Nə üçün Allahdan
bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?"
47. Onlar dedilər: "Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi.
(Ayağınız bizə düşmədiyi üçüb pis günə qaldıq, cürbəcür müsibətlərə düçar olduq).
(Saleh) dedi: "Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, (itaət edib-etməyəcəyinizi
bilmək üçün Allah tərəfindən) imtahan olunursunuz.
48. (Səmud tayfasının yaşadığı Hirc adlı) şəhərdə doqquz kişi var idi ki, yer üzündə
fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər.
49. Onlar öz aralarında Allaha and içib belə dedilər: "Biz gecə ona və ailəsinə (yaxud
ona iman gətirənlərə) hücum edib (hamısını) öldürəcək, sonra da onun (qanını almaq
|