arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
343
.
27
.
ən-Nəml
(Qarışqalar) surəsi
(Məkkədə nazil olmuşdur, 93 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Ta, Sin! Bu, Qur’anın və (haqqı batildən ayıran) açıq-aydın bir Kitabın ayələridir!
2. Mö’minlərə (doğru yol göstərən) rəhbər və (Cənnətlə) müjdədir.
3. O kəslər ki, (vaxtlı-vaxtında, lazımınca) namaz aılır, zəkat verir və axirətə möhkəm
inanırlar.
4. Həqiqətən, axirətə inanmayanların (pis) əməllərini özlərinə yaxşı göstərdik. Onlar (öz
azğınlıqları içərisində) şaşqın bir vəziyyətdədirlər.
5. Onları (dünyada) çox pis əzab gözləyir, (imanı küfrə dəyişdirməklərinə görə)
axirətdə ən böyük ziyana uğrayacaq kəslər də onlardır!
6. (Ya Rəsulum!) Həqiqətən, Qur’an sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah
tərəfindən təlqin (vəhy tə’lim) olunur.
7. Bir zaman Musa (Mədyəndən Misirə gedərkən) ailəsinə demişdi: "Mən bir od
gördüm, (siz burada durun) mən də gedib ondan sizə bir xəbər, yaxud bir göz gətirim
ki, qızınasınız".
Bizim email:
Dostları ilə paylaş: |