Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə329/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   325   326   327   328   329   330   331   332   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

339 



174. Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların 

əksəriyyəti iman gətirmədi.  

175. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən 

intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)  

176. Əykə əhli də peyğəmbərləri təkzib etdi.  

177. O zaman ki, Şüeyb onlara dedi: "Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı 

saydığınıza görə Allahın əzabından) qorxmursunuz?  

178. Şübhəsiz ki, mən sizin üçün e’tibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! 

(Və’dimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)  

179. Artıq Allahdan qorxun və mənə itaət edin!  

180. Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir 

muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!  

181. Ölçüdə düz olun, (onu) əskildənlərdən olmayın!  

182. Düz tərəzi ilə çəkin!  

183. İnsanların haqqını azaltmayın! (Camaatın malını əskiltməyin. Kimin haqqı nədirsə, 

onu da verin!) Yer üzündə fitnə-fəsad törətməyin!  

184. Və sizi də, sizdən əvvəlki nəsilləri də yaradandan qorxun!"  

185. Onlar dedilər: "Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin 

birisən! Sən hara, peyğəmbərlik hara?)  

186. Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən!  

187. Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını 

üstümüzə endir!"  

188. (Şüeyb) dedi: "Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!"  

189. Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar 

günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük 

(müdhiş) bir günün əzabı idi.  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin