Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə346/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   342   343   344   345   346   347   348   349   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

356 



24. (Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, 

sonra da kölgəyə çəkilib dedi: "Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə 

möhtacam!" (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. 

Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).  

25. Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: "Atam 

qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!" (Musa gördüyü işin 

müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) 

yanına gəldikdə başına gələnləri (Fir’onla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb 

peyğəmbər) dedi: "Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!"  

26. (O iki qızın) biri dedi: "Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, e’tibarlı 

adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!"  

27. (Şüeyb) dedi: "Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə 

qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə 

çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt 

kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) 

kəslərdən olduğumu görəcəksən!"  

28. (Musa) dedi: "Bu (dediyin) mənimlə sənin aranda (olan bir təəhhüddür, onu 

pozmaq olmaz). Bu iki müddətdən hansını yerinə yetirməkdən mənə qarşı heç bir zor 

ola bilməz. (İstəsəm səkkiz, istəsəm on il xidmət edərəm. Bundan artıq işləməyimi tələb 

etməyə haqqın yoxdur). Allah da dediyimizə şahiddir (vəkildir)!"  

29. Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola 

çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: "Siz (mən qayıdanadək 

burada) durun. Mən bir od gördüm. Bəlkə, gedib ondan sizə bir xəbər, yaxud bir göz 

gətirim ki, qızınasınız!"  

30. (Musa) odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək (bərəkətli) 

yerdəki ağacdan belə bir nida gəldi: "Ya Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm!  

31. Əsanı (yerə) at!" (Musa əsanı yerə atdı). O əsanın ilan kimi qıvrıldığını gördükdə 

dönüb qaçdı, heç dala da baxmadı. (Biz ona belə buyurduq: ) "Ya Musa! Bəri gəl, 

qorxma! Sən əmin-amanlıq içindəsən!  

32. Əlini qoynuna qoy ki, əlin (oradan) eyibsiz-qüsursuz, ağappaq (parlaq bir nur kimi) 

çıxsın. Əlini (qanadını) özünə tərəf çək (yenidən qoynuna qoy) ki, (ilanın, yaxud əlinin 

parıltısının səni bürüdüyü) vahimə çəkilib getsin. Bu, Fir’ona və onun ə’yanlarına qarşı 

sənin Rəbbindən olan iki mö’cüzədir. Onlar, həqiqətən, (Allahın itaətindən çıxmış) fasiq 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   342   343   344   345   346   347   348   349   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin