Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə354/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   350   351   352   353   354   355   356   357   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

364 



 

 

 



.

29

.  


əl-Ənkəbut

  

(Hörümçək) surəsi  

(Məkkədə nazil olmuşdur, 69 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Əlif, Lam, Mim!  

2. İnsanlar (mö’minlər) yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan 

olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə 

demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, 

hansının həqiqi, hansının yalançı mö’min olduğunu ayırd edib bilək!)  

3. Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, 

Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!  

4. Yoxsa pis əməllər edənlər əzabımızdan sovuşa biləcəklərini güman edirlər? Onlar 

necə də pis mühakimə yürüdürlər!  

5. Hər kəs Allahla qarşılaşacağına (qiyamət günü dirilib Allahın hüzurunda 

duracağına) ümid edirsə, (ona hazırlaşsın və bilsin ki) Allahın (haqq-hesab üçün) 

müəyyən etdiyi vaxt mütləq gələcəkdir. Allah (hər şeyi) eşidəndir, biləndir!  

6. (Allah yolunda, haqq uğrunda) cihad edən ancaq özü üçün cihad edər (cihadın 

savabı onun özünə yetişər). Allah aləmlərə (mələklərə, insanlara və cinlərə) əsla möhtac 

deyildir. (Onların ibadətlərinin Allaha nə bir xeyri, nə də bir zərəri var. Etdiklərin 

əməllərin savabı da, günahı da yalnız özlərinə aiddir).  




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   350   351   352   353   354   355   356   357   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin