Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
360
59. (Ya Rəsulum!) Sənin Rəbbin mərkəzlərinə (ən böyük şəhərlərinə) ayələrimizi
oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi
zalım olan məmləkətləri yox etdik!
60. Sizə verilən hər hansı bir şey (dövlət, övlad, xoş güzəran) ancaq bu fani dünyanın
malı və bərbəzəyidir. Allah yanında olan (ne’mətlər) isə daha yaxşı və daha baqidir
(əbədidir). Məgər ağıla gəlməzsiniz?! (Fani dünya malını axirətin əbədi ne’mətlərindən
üstün tutursunuz!)
61. Məgər verdiyimiz gözəl bir və’də (Cənnətə) qovuşan kimsə, (əvvəlcə) fani dünya
malı bəxş etdiyimiz, sonra da qiyamət günü (cəhənnəm oduna) gətiriləcək kimsə ilə
eyni ola bilərmi?!
62. (Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: "Mənim şəriklərim
olduqlarını iddia etdikləriniz (bütlər, tanrılar) haradadırlar?!
63. Haqlarında hökm (və’d etdiyimiz əzab) vacib olanlar (şeytanlar və müşriklərin
rəisləri) deyəcəklər: "Ey Rəbbimiz! Bunlar bizim (haqq yoldan) azdırdığımız
kimsələrdir. Özümüz nə cür azmışdıqsa, onları da elə azdırdıq. Biz onlardan uzaqlaşıb
(onlarla əlaqəmizi kəsib) Sənə tərəf gəldik. Əslində onlar bizə ibadət etmirdilər (yalnız
öz nəfslərinə uyurdular).
64. (Müşriklərə) belə deyiləcək: "Şəriklərinizi çağırın!" (Müşriklər) ortaqlarını çağıracaq,
lakin onlar (müşriklərə) cavab verməyəcəklər. Onlar mütləq əzabı görəcəklər. Əgər
onlar (dünyada) doğru yola gəlmiş olsaydılar (axirətdə əzab görməzdilər).
65. (Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: "Peyğəmbərlərə nə cavab
verdiniz?"
66. O gün (canlarını qurtaracaq) xəbərlər (cavablar) onlardan gizli qalacaqdır (bütün
bəhanələri kəsiləcəkdir). Onlar (qiyamətin heybətindən) bir-birindən hal-əhval belə tuta
bilməyəcəklər. (Hər kəs öz hayında olacaqdır).
67. Tövbə edərək iman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, onların nicat tapmaları
mümkündür.
68. Rəbbin istədiyini yaradar və (istədiyini də peyğəmbər) seçər. Onların (bəndələrin
istədiklərini etməyə) heç bir ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və
(müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır! (Allah eyibsizdir,
nöqsansızdır. O, hamıdan uludur!)
|