Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə352/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   348   349   350   351   352   353   354   355   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

362 



78. (Qarun) dedi: "Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, 

yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. 

Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-

neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual 

olunmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir 

sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar).  

79. (Bir gün Qarun) faxir libas geyib ö zinəti (ehtişamı) içində (dörd min vəznəli-çuxalı 

ə’yanın, qızıl-gümüş yəhərli atların müşayiətilə) qövmünün qarşısına çıxdı. Dünyaya 

həris olanlar dedilər: "Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, 

böyük bəxt (qismət) sahibidir!"  

80. (Axirət barəsində) elm verilmiş kəslər isə belə dedilər: "Vay halınıza! (Ay yazıqlar!) 

İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı (təmənnasında olduğunuz 

var-dövlətdən, dəbdəbədən) daha yaxşıdır. Buna (bu ne’mətə) yalnız səbr edənlər 

(Allaha itaət və ibadət etməyi fani dünya malından üstün tutanlar, həyatın 

çətinliklərinə dözənlər) qovuşarlar!"  

81. Nəhayət, (Musanın duasını qəbul buyurub bir zəlzələ nəticəsində) onu (Qarunu) 

sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın 

əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə 

bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın 

əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni 

Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!)  

82. Dünən (dünyada) onun (Qarunun) yerində olmaq istəyənlər ertəsi gün səhər belə 

deyirdilər: "Vay (biz heç bilməmişik)! Sən demə, Allah Öz bəndələrindən istədiyinin 

ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də 

yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!"  

83. Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad 

törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən 

çəkinənlərindir!  

84. Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə (səmimi-qəlbdən imanla) gəlsə, ona 

bundan (əməlindən) daha yaxşısı verilər (Cənnətə nail olar). Hər kəs pis əməllə gəlsə, 

(bilsin ki) pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! (Cəzaları pislikləri 

qədər olar, onlara heç bir haqsızlıq edilməz!)  





Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin