Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
370
Mən oralarda da sizə ruzi verərəm). Şübhəsiz ki, Mənim yerim genişdir. Buna görə də
yalnız Mənə ibadət edin!
57. Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza
qaytarılacaqsınız!
58. İman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnət guşələrində
(Cənnətin yüksək məqamlarında) sakin edəcəyik. Onlar orada əbədi qalacaqlar. (Yaxşı
əməllər) edənlərin mükafatı necə də gözəldir!
59. O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar!
60. (Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə
canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir.
(Sizə dininizə görə bir məşəqqət üz verdiyi zaman məişət çətinliklərindən qorxub başqa
ölkələrə hicrət etməkdən çəkinməyin. Allah orada da ruzinizi verəcəkdir. O sizi heç
vaxt darda qoymaz!)
61. (Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): "Göyləri və yeri kim
yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?"
- deyə soruşsan, onlar mütləq: "Allah!" - deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən,
yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?
62. Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da. Allah hər şeyi
(yerli-yerində) biləndir!
63. Həqiqətən, əgər sən (Məkkə müşriklərindən): "Göydən yağmur endirib quruduqdan
sonra onunla yerə təzədən can verən kimdir?" - deyə soruşsan, onlar mütləq: "Allahdır!"
- deyə cavab verəcəklər. De: "Həmd olsun Allaha!" Lakin onların əksəriyyəti dərindən
düşünməz! (Müşriklərin xeyirlərilə zərərlərini bir-birindən ayırmağa ağlı çatmır. Onlar
cəhalətləri üzündən belə güman edirlər ki, bütlər onları haqq olan Allaha yaxınlaşdırır).
64. Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu
isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya
dəyişməzdilər).
65. (Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini
(ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-
salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.
|