arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
373
insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın
hüzurunda duracağını) inkar edir.
9. Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu
görmürlərmi? Onlar (Ad, Səmud tayfaları) bunlardan daha qüvvətli idilər. Onlar
(əkinçilik məqsədilə) torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha
çox adab etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələr gətirmişdilər. Allah
onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.
10. Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik
edənlərin aqibəti lap pis oldu!
11. Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir. Sonra
da siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.
12. Qiyamət qopacağı gün günahkarlar mat-məətəl qalacaqlar. (Özlərini təmizə
çıxarmaq üçün heç bir dəlil, sübut gətirə bilməyəcəklər).
13. (Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq.
Onlar öz şəriklərini inkar edəcəklər.
14. Qiyamət qopacağı gün - məhz o gün (mö’minlərlə kafirlər bir-birindən) ayrılacaqlar.
15. İman gətirib yaxşı işlər görənlər cənnət bağçalarının birində sevinc içində
qalacaqlar.
16. Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab
üçün hüzurumuzda duracaqlarını) inkar edənlər isə əzab verilmək üçün
hazırlanacaqlar (gətiriləcəklər).
17. Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şə’ninə
tə’riflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!)
18. Göylərdə və yerdə həmd (şükür və tə’rif) yalnız Ona məxsusdur. Gün batanda da
(günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şə’ninə tə’riflər deyin! (İkindi
və günorta namazlarını qılın!)
19. (Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də
(qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız.
|