Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
375
29. Lakin (özlərinə) zülm edənlər (kafirlər) nadanlıqla nəfslərinin istəklərinə uydular.
Allahın (küfr edəcəklərini əzəldən bildiyi üçün) yoldan çıxartdıqlarını doğru yola
(islam dininə) kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!
30. (Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid,
xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut.
Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz.
Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz.
(Allah bütün insanları xilqətcə müsəlman - təkallahlı yaratmışdır, lakin ata-anaları
onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən
batil dinlərə - bütpərəstliyə uymuşlar).
31. (Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın
əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın!
32. O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bə’zisi bütlərə, bə’zisi
günəşə və aya, bə’zisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz
dininin haqq olduğuna) sevinər.
33. İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər. Sonra
(Allah) Öz mərhəmətindən onlara daddıran (onları möhnətdən qurtaran) kimi
içərilərindən bir qismi Rəbbinə şərik qoşar.
34. Bizim onlara verdiyimiz ne’mətləri inkar etsinlər deyə (şirkə, küfrə düşərlər). İndi
(bir az dünyada) əylənib kefə baxın. (Cəhənnəm əzabının necə şiddətli olduğunu)
mütləq biləcəksiniz!
35. Yoxsa Biz (müşriklərə Allaha) şərik qoşmaqlarını söyləyən (təsdiq edən) bir dəlil
(kitab) göndərdik?!
36. İnsanlara bir mərhəmət (firavan həyat, sağlamlıq, cah-calal) daddırdığımız zaman
ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə bir
müsibətə düçar etdikdə isə dərhal mə’yus olarlar (hər şeydən ümidlərini üzərlər).
37. Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini və (istədiyininkini də)
azaltdığını görmürlərmi?! Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!
38. (Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan)
müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını)
diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər)
məhz onlardır!
|