Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə364/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   360   361   362   363   364   365   366   367   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

374 



20. Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub 

yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.  

21. Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, 

aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. 

Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!  

22. Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun 

qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün 

(Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!  

23. Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib 

çalışmağınız), ne’mətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət 

əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!  

24. Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə 

yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur endirib 

öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz 

ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır.  

25. Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə (İsrafilin suru bir dəfə 

üfürməsi ilə) çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız da Onun 

qüdrət əlamətlərindəndir.  

26. Göylərdə və yerdə kim (nə) varsa, Onundur. (Mələklər, cinlər və insanlar Allahın 

bəndələridir). Hamısı Ona boyun əyər!  

27. Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək 

Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət (Allahdan 

başqa heç bir tanrı olmaması, vəhdaniyyət sifəti) yalnız Ona məxsusdur. O, yenilməz 

qüvvət sahibi, hikmət sahibidir! (Allahın sifətləri nə göydəkilərin, nə də yerdəkilərin 

sifətlərinə bənzəyər. Allah onların hamısından ucadır).  

28. (Allah) sizə özünüzdən bir məsəl çəkər. Sahib olduğunuz kölələr içərisində sizə 

verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaq olan, özünüzdən (özünüz kimi azad 

adamların haqqına toxunmaqdan) çəkindiyiniz kimi, o kölələrdən də çəkindiyiniz 

şərikləriniz varmı? (Siz buna razı olarsınızmı? Əlbəttə, yox! Elə isə bəs Allaha Öz aciz 

bəndələrini, bütləri şərik qoşmağa necə razı olursunuz?) Biz ayələri ağılla düşünən bir 

qövm üçün belə ətraflı izah edirik.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   360   361   362   363   364   365   366   367   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin