Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
383
.
32
.
əs-Səcdə
(Səcdə) surəsi
(Məkkədə nazil olmuşdur, 30 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
1. Əlif, Lam, Mim!
2. Kitabın (Qur’anın) aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə
yoxdur!
3. Yoxsa (müşriklər): "(Muhəmməd) onu özündən uydurmuşdur!" - deyirlər. Xeyr, o
səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın
üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!
4. Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü
altına alan (ərşdə bərqərar olan) Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət
(əzabı dəf) edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?
5. O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin
saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona
doğru (Allahın dərgahına) yüksələr.
6. O, qeybi də, aşkarı da biləndir, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!
7. O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.
Bizim email:
Dostları ilə paylaş: |