Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə375/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   371   372   373   374   375   376   377   378   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

386 



29. (Ya Rəsulum!) De: "Fəth günü kafirlərlə (sonrakı) imanı heç bir fayda verməz və 

onlara (tövbə etmək üçün) möhlət də verilməz!"  

30. (Ya Rəsulum!) Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. 

Doğrusu, onlar da (sənin ölümünü, başına bir iş gələcəyini və ya sənə qələbə 

çalacaqlarını) gözləyirlər! (Lakin onlar sənə heç bir şey edə bilməzlər. Sən mütləq zəfər 

çalacaqsan, çünki Allah səninlədir!)  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

387 



 

 

 



 

.

33

.  

əl-Əhzab

  

(Dəstələr) surəsi  

(Mədinədə nazil olmuşdur, 73 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!  

1. Ya Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Həqiqətən, Allah 

(hər şeyi) biləndir, hikmət sahibidir!  

2. Rəbbindən sənə vəhy olunana (Qur’ana) tabe ol. Allah, şübhəsiz ki, nə 

etdiklərinizdən xəbərdardır!  

3. Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!  

4. Allah bir adamın sinəsinəndə (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah 

ola bilməz). Allah nə zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq 

etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, nə də oğulluğa 

götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). 

Bunlar sizin dediyiniz boş (mə’nasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) 

doğru yola gətirir!  

5. Onları (əsil-nəsəbləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında 

daha düzgündür (daha ədalətlidir). Atalarının kim olduğunu bilməsəniz, onlar sizin 

din qardaşlarınız və yaxınlarınızdır (əmioğlanlarınız və ya azad kölələrinizdir; onları 

qardaşım, əmioğlum, dostum deyə çağırın). Etdiyiniz səhvlərə (məsələn, birinin atasını 

bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) 

qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm 

edəndir!  




Bizim email:

 


Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin