Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə383/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   379   380   381   382   383   384   385   386   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

395 



65. Onlar orada əbədi qalacaqlar, (özlərinə) nə bir hami, nə də bir mədədkar tapa 

biləcəklər.  

66. Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi (haldan-hala düşdüyü) gün onlar: "Kaş 

Allaha müt’i olaydıq, Peyğəmbərə itaət edəydik!" - deyəcəklər.  

67. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa 

bizi haqq yoldan azdırdılar.  

68. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver, onları böyük bir lə’nətə (əzaba) düçar elə!"  

69. Ey iman gətirənlər! Musaya əziyyət verən kəslər kimi olmayın. Allah (Musanı) 

onların dediklərindən (böhtanlarından) təmizə çıxartdı. O, Allah yanında çox hörmətli 

(qədir-qiymətli) idi.  

70. Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!  

71. (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər 

kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.  

72. Biz əmanəti (Allaha itaət və ibadəti, şər’i hökmləri yerinə yetirməyi) göylərə, yerə və 

dağlara təklif etdik. Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub 

çəkindilər. Ona insan yükləndi. Həqiqətən, o çox zalım, çox cahildir. (İnsan bu ağır 

əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır 

nəticəsini bilmədi).  

73. Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, 

mö’min kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı 

ilə Adəm övladına tapşırdı). Allah (mö’minləri) bağışlayandır, rəhm edəndir!  

 

 



 

 

 



 

 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   379   380   381   382   383   384   385   386   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin