Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
393
bilərlər). Belə olduqda onlara bir şey (mehrin yarısını və ya bir az mal) verib gözəl
tərzdə sərbəst buraxın!
50. Ya Peyğəmbər! Mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq
verdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə (Mədinəyə) hicrət etmiş əmin
qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını və bir də Peyğəmbər
onunla evlənmək istədiyi təqdirdə özünü (mehrsiz) Peyğəmbərə bağışlayan hər hansı
bir mö’min qadını - digər mö’minlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin
üçün halal etdik. Onların zövcələri və sahib olduqları cariyələr barəsində ("Nisa"
surəsində) nə hökm etdiyimizi (onlara hansı qadınları halal buyurduğumuzu və bu
məsələdə onları Peyğəmbərlə bir tutmamağımızın hikmətini), əlbəttə, bilirik. (Ya
Rəsulum!) Sənə (evlənməkdə) bir çətinlik olmasın deyə (bu buyurduqlarımızı sənə halal
etdik). Allah bağışlayandır, rəhm edəndir!
51. (Ya Rəsulum!) Onlardan (zövcələrindən) istədiyini (istədiyinin səninlə gecələmək
növbəsini) tə’xirə salar, istədiyini də (gecəni onunla keçirmək üçün) öz yanına ala
bilərsən. (Bir müddət özündən) ayırdığın (növbəsini tə’xirə saldığın, yaxud ric’i talaqla
boşadığın) övrətlərindən də istədiyini (yenidən) öz yanına qaytarmaqdan sənə heç bir
günah gəlməz. Onların gözlərinin aydın olması (sevinmələri), kədərlənməmələri və
sənin onlara verdiklərindən razı qalmaları üçün ən münasib olanı budur. Allah
qəlblərinizdə olanları (kimin daha çox kimə meyl etdiyini) bilir. Allah (hər şeyi)
biləndir, həlimdir! (Bəndələrinə cəza verməkdə tələsməz!)
52. Bundan sonra (bu övrətlərindən əlavə) sənə (başqa) qadınlar halal olmaz. Bunları,
gözəllikləri xoşuna gəlsə də, başqa qadınlarla dəyişmək olmaz. Sahib olduğunuz
cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir!
53. Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə
də’vət olumadan) girib onun bişməsini gözləməyin. Lakin də’vət olunduqda gedin və
(yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin
çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən)
utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən)
bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin,
həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini
incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu,
Allah yanında böyük günahdır!
54. Əgər bir şeyi (Peyğəmbərin zövcələri ilə evlənmək arzusunu) açıq bildirsəniz, yaxud
onu (qəlbinizdə) gizli saxlasanız, (fərqi yoxdur) Allah hər şeyi biləndir! (Sizin bütün
|