Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə377/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   373   374   375   376   377   378   379   380   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

389 



izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq 

istəyirdilər.  

14. Əgər (Mədinənin) hər tərəfindən üstlərinə yüyürülüb (cumulub) onlardan fitnə 

törətmək (imandan dönmək, yenidən müşrikliyə qayıtmaq) istənilsəydi, sözsüz ki, 

dərhal onu edər və bunda (bu işdə) azacıq da olsa yubanmazdılar.  

15. Halbuki bundan əvvəl (Ühüd vuruşundan sonra) bir daha (düşməndən) üz çevirib 

qaçmayacaqları barədə Allaha söz vermişdilər. Allaha verilən əhd barəsində (qiyamət 

günü) mütləq sorğu-sual olunacaqdır!  

16. (Ya Peyğəmbər! Bu münafiqlərə) de: "Əgər ölməkdən, yaxud öldürülməkdən 

(qorxub) qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. (Qaçsanız belə, dünyada) 

ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Alnınıza nə yazılmışsa, o da olacaq. 

Qaçsanız da, qaçmasanız da əcəliniz çatan kimi öləcəksiniz. Allahın əzəli hökmünü 

dəyişdirmək olmaz!)  

17. De: "Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq (mərhəmət) diləsə, Allahın sizin 

haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar (münafiqlər) özləri üçün 

Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər.  

18. Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da, qardaşlarına: 

"Bizə tərəf gəlin! (Muhəmmədə qoşulub əbəs yerə özünüzü həlak etməyin!)" - deyənləri 

də tanıyır. Döyüşə onların ancaq azı gələr,  

19. (Gəldikdə də xəsislik göstərib köməklərini) sizdən əsirgəyərlər. (Ya Rəsulum!) 

Onlara qorxu üz verdikdə can üstə olan (ölüm xofundan bayılan) adam kimi gözləri (o 

tərəf-bu tərəfə) dolana-dolana sənə baxdıqlarını görərsən. Qorxu canlarından çıxınca 

qənimətdə (mö’minlər əldə etdiyi qənimətin bölünməsində) xəsislik edib acı dilləri ilə 

sizi sancarlar. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça 

çıxartmışdır. Bu, Allah üçün asandır!  

20. (Münafiqlər qorxularından Xəndək müharibəsində mələklərin pərən-pərən saldığı 

düşmən) dəstələrinin çıxıb getmədiklərini zənn edirlər. O dəstələrin bir də qayıdıb 

gələcəyi təqdirdə onlar (qorxularından) çöldə bədəvilər arasında olmaq istərdilər ki, 

(gəlib-gedəndən) sizə dair xəbərləri soruşub öyrənsinlər. (Əgər mö’minlər zəfər çalıbsa, 

qənimətə şərik çıxsınlar, yox, əgər kafirlər qalib gəliblərsə, onlara qoşulsunlar). Əgər 

aranızda olsaydılar, çox az (özü də yalandan) döyüşərdilər.  

21. Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, 

qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   373   374   375   376   377   378   379   380   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin