Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?


arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə385/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   381   382   383   384   385   386   387   388   ...   630
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

397 



7. Kafirlər (öz aralarında Peyğəmbər əleyhissəlama istehza edərək bir-birinə) dedilər: 

"Sizə siz parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən 

yaradılacağınızı (dirildiləcəyinizi) xəbər verən bir adam göstərəkmi?  

8. Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?" Xeyr, axirətə 

inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir zəlalət içindədirlər. (Onlara axirətdə 

şiddətli əzab veriləcəkdir, çünki dünyada haqq yoldan çox azmışlar).  

9. Məgər onlar başlarının üstündəki göyü və ayaqlarının altındakı yeri görmürlərmi? 

(Yer və göy onları elə əhatə etmişdir ki, bu dairədən heç yerə çıxıb qaça bilməzlər). 

Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. 

Şübhəsiz ki, bunda tövbə edib (Allaha tərəf) dönən hər bir bəndə üçün ibrət vardır!  

10. Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: "Siz ey dağlar, siz ey 

quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şə’ninə tə’riflə deyin!" - deyə 

buyurduq və dəmiri onun (onun əlindən) yumşaltdıq. (Davud dəmiri əritmədən əlində 

mum kimi yumşaldıb istədiyi şeyi ondan düzəldərdi).  

11. (Biz Davuda belə buyurduq: ) "Geniş, uzun (insanın bədənini örtən) zirehlər düzəlt, 

(onları) toxuduğun zaman ölçüyə riayət et! (Zirehin həlqələri bir-birinə uyğun gəlsin, 

biri böyük, biri kiçik olmasın!) Və (siz də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən, 

Mən sizin etdiyiniz əməlləri görürəm!"  

12. Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, 

günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət 

edirdi). Onun üçün mis mə’dənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində 

yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). 

Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs 

(Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından 

daddırırdıq.  

13. Onun (Süleyman) üçün nə istəsə - mə’bədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən 

ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər 

çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! 

(Allaha) şükranlıqla itaət edin! (Bu ne’mətə şükür edin!) Bəndələrimdən (ne’mətlərimə) 

şükür edəni azdır!  

14. Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara 

(cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın 

əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə 




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   381   382   383   384   385   386   387   388   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin