Quran?n bütün sur?l?rinin Az?rbaycan dilind? olan yaz? variant?



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə388/630
tarix30.12.2021
ölçüsü3,74 Mb.
#21091
1   ...   384   385   386   387   388   389   390   391   ...   630
Bizim email:

 

arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com

  

 

400 



32. (Dünyada) özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: "Əcaba, sizə 

doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz 

özünüz günahkar idiniz (könüllü surətdə küfrü qəbul etdiniz)"  

33. Acizlər özlərini yuxarı tutanlara deyərlər: "Xeyr bəs gecə-gündüz qurduğunuz 

hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz". 

Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir 

vurarıq. Onlar ancaq (dünyada) etdikləri əməllərin cəzasını çəkərlər.  

34. Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər 

göndərdikdə, onun naz-ne’mət içində yaşayan zəngin başçıları ancaq: "Biz sizinlə 

göndərilənləri (Allahın hökmlərini, risaləti, mö’cüzələri) inkar edirik!" - dedilər.  

35. Onlar: "Bizim mal-dövlətimiz və övladımız (iman gətirən bu yoxsullarınkından) 

daha çoxdur və bizə əzab da verilməyəcəkdir (əgər Allah bizdən razı olamsaydı, bol 

ruzi verməzdi)" - dedilər.  

36. (Ya Peyğəmbər!) De: "Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) 

azaldar. Lakin insanların əksəriyyəti (bunu) bilməz!"  

37. Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib 

yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat (birə-on) artıq 

olacaq və onlar cənnət otaqlarından (Cənnətin yüksək məqamlarında) əmin-amanlıq 

içində yaşayacaqlar.  

38. (Bizi) aciz buraxacaqlarını sanaraq ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə 

(qiyamət günü) gətirilib əzaba düçar ediləcəklər.  

39. (Ya Peyğəmbər!) De: "Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol 

edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini 

verər. O, ruzi verənlərin ən yaxşısıdır!"  

40. O gün (qiyamət günü Allah) onları (müşrikləri, kafirləri) bir yerə yığacaq, sonra da 

mələklərə belə deyəcək: "Bunlar sizəmi ibadət edirdilər?"  

41. (Mələklər: ) "Sən paksan, müqəddəssən. Bizin ixtiyar sahibimiz onlar deyil, Sənsən! 

Xeyr, onlar (bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. (Müşriklərin, kafirlərin) 

əksəriyyəti onlara (cinlərə) iman gətirmişdi", - deyə cavab verəcəklər.  

42. Bu gün bir-birinizə nə bir xeyir (fayda) nə də bir zərər verə bilərsiniz. Zalımlara da: 

"Dadın (dünyada) yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!" - deyəcəyik.  




Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   384   385   386   387   388   389   390   391   ...   630




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin